Mahmud Məmmədquliyev: “İyulun ilk on günlüyündə Azərbaycanın ÜTT-ə üzvlüyə ilə bağlı görüş ola bilər”

Mahmud Məmmədquliyev: “İyulun ilk on günlüyündə Azərbaycanın ÜTT-ə üzvlüyə ilə bağlı görüş ola bilər”
# 16 iyun 2016 19:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. İyulun ilk on günlüyündə Azərbaycanın ÜTT-ə üzvlüyə qəbul olması ilə bağlı görüş ola bilər.

APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, iyunun əvvəlində Azərbaycan tərəfi artıq işçi qrupuna kənd təsərrüfatı, qanunvericilikdə nailiyyətlərlə bağlı bir neçə sənəd təqdim edib: "Onlara 4 həftə lazımdır ki, işçi qrupunun üzvləri sənədlərlə tanış olsunlar, razı və ya narazılıqlarını bildirsinlər. İkitərəfli görüşlərə gəlincə isə, bununla bağlı Rusiya və Səudiyyə Ərəbistanı Azərbaycana müraciət edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR