BDU-da Yaponiya Mədəniyyət festivalı keçirilib - FOTO

BDU-da Yaponiya Mədəniyyət festivalı keçirilib - <span style="color: red;">FOTO
# 13 aprel 2015 10:05 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetində Yaponiya Mədəniyyət festivalı keçirilib. APA-nın xəbərinə görə, BDU rektorunun müşaviri, professor İsmayıl Əliyev festival iştirakçılarına uğurlar arzulayıb.

Festivalda “UniPock`s” və “Atarashi Hoshi” yapon qruplarının, eyni zamanda yapon dilinin də tədris olunduğu 225 saylı məktəbin şagirdlərinin ifasında mahnılar səsləndirilib. Sonra yapon nağıllarının üzərində qurulmuş tamaşa təqdim olunub.

Yaponiya və onun mədəniyyəti haqqında daha ətraflı informasiya çatdırmaq məqsədi daşıyan festivalın ikinci hissəsində oriqami, suşi, çay mərasimi, yapon yeməkləri, kimono və ikebana təqdim olunub. İkebana və oriqami üçün ayrılan xüsusi otaqlarda güllərin və oriqaminin sərgisi də keçirilib. Çay mərasimi və yapon yeməkləri üçün ayrılan otaqlarda isə qonaqlar ənənəvi yapon çay və yeməklərindən dadıblar. Qonaqlar Yaponiyanın ənənəvi kimono və yukata geyimlərini geyiniblər. Festivalda Yaponiyanın paytaxtı Tokioda çox məşhur olan “Cosplay mədəniyyəti” də təqdim edilib.

Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiriyinin, Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR