Gürcüstan-Ermənistan sərhədi yaxınlığında azərbaycanlının 6 baş mal-qarası yoxa çıxıb

Gürcüstan-Ermənistan sərhədi yaxınlığında azərbaycanlının 6 baş mal-qarası yoxa çıxıb
# 14 iyul 2014 11:13 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan-Ermənistan sərhədində azərbaycanlı Hacı Həmzə oğlu Hacıyevin 6 baş mal-qarası yoxa çıxıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə iyunun 8-də Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndində baş verib.

Qasımlı kənd sakini Hacı Hacıyev APA-ya açıqlamasında bildirib ki, iyunun 9-da hadisə ilə bağlı Gürcüstanın hakimiyyət orqanlarına məlumat verilib.

“10 gün əvvəl bizə baş nazirdən cavab gəlib. Bu yaxınlarda 3 nəfər hərbi müstəntiq gəlib, bizi danışdırıblar və məsələ ilə bağlı maraqlanacaqlarını deyiblər. Lakin indiyədək bizə heç bir cavab verilməyib. Onlar gəldikdən sonra Gürcüstan zastavasının Levon adlı rəisi məni yanına çağırıb və məni “şər-böhtan yazıb yuxarılara məlumat verməkdə” ittiham edib. Fikrimcə, mal-qara Ermənistana ötürülüb. Zastava rəisi üç dəfə Ermənistan tərəfi ilə danışdığını deyib. Mal-qara o tərəfə keçməyib. Amma hərbi müstəntiqlər gələndə o deyirdi ki, mən erməni tərəfinin sərhədçiləri ilə tanış deyiləm”, - deyə H.Hacıyev vurğulayıb.

Qeyd edək ki, 53 yaşlı H. Hacıyev ailəlidir, iki uşaq atasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR