Rövnəq Abdullayev: "Cənub Qaz Dəhlizinin 30%-i artıq hazırdır"

Rövnəq Abdullayev: "Cənub Qaz Dəhlizinin 30%-i artıq hazırdır"
# 21 iyul 2015 09:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Cənub Qaz Dəhlizi layihəsinin 30%-i artıq hazırdır".

"APA-Economics"in Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayevin sözlərinə görə, artıq layihə çərçivəsində 23 ölkədən 162 tədarükçü ilə dəyəri 10 mlrd. ABŞ dolları olan müqavilələr imzalanıb, layihə üzərində 9,5 min nəfərdən artıq insan çalışır. "Şahdəniz" yatağında 7 sualtı quyunun qazılması prosesi yekunlaşıb və ilk qaz Avropaya nəql olunmaq üçün hazırdır: "Gürcüstanda kompressor stansiyasının tikintisi və boru kəmərlərinin inşası işləri sürətlə davam etdirilir".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin genişləndirilməsi ilə bağlı QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. Cəmiyyətin nizamnamə kapitalı 100 mln. dollar təşkil edir.

QSC-nin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir. Azərbaycan Dövlət Neft Fondu dövlətin "Cənub Qaz Dəhlizi" QSC-də pay sahibi kimi iştirakının maliyyələşdirilməsini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR