Əflatun Amaşov hərbi diplomatiya kursunun iştirakçıları ilə görüşüb - FOTO

Əflatun Amaşov hərbi diplomatiya kursunun iştirakçıları ilə görüşüb - <span style="color: red;">FOTO
# 22 may 2015 13:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mətbuat Şurasında (MŞ) Hərbi Akademiyanın hərbi diplomatiya kursunun dinləyiciləri ilə görüş keçirilib. MŞ-dan APA-ya verilən məlumata görə, Şura sədri Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun yaranma zərurəti, fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Ə. Amaşov eyni zamanda Azərbaycan mətbuatının keçdiyi yoldan, ictimai fikir tariximizdə oynadığı roldan söz açıb.

Müstəqillik illərində jurnalistikamızın inkişaf xüsusiyyətlərinin təhlilini aparan Ə.Amaşov mediaya dövlət qayğısını əhəmiyyətli məqam kimi vurğulayıb.

Görüşdə internet medianın vəziyyəti, informasiya təhlükəsizliyi məsələləri, habelə jurnalist peşəkarlığının müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR