ABŞ-ın Las Veqas şəhərinin mərkəzində törədilmiş atışmada 3 nəfər ölüb

ABŞ-ın Las Veqas şəhərinin mərkəzində törədilmiş atışmada 3 nəfər ölüb
# 21 fevral 2013 18:24 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Las Veqas şəhərinin mərkəzində hərəkətdə olan iki avtomobil sərnişinləri arasında atışma baş verib, nəticədə üç nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, polis açıqlamasında bildirib ki, atəşi “Range Rover” markalı avtomobildə olan şəxslər “Maserati” markalı avtomobilinin sürücüsünü öldürmək məqsədi ilə açıb.

Avtomobillər yüksək sürətlə hərəkət edib. “Maserati”nin sürücüsü yaralandıqdan sonra avtomobil, taksi daxil olmaqla, bir neçə maşınla toqquşub. Taksi qəzadan dərhal sonra alışıb və partlayıb.

“Maserati”nin sürücüsü aldığı yaralardan yerindəcə keçinib, “Range Rover” isə hadisə yerindən uzaqlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR