I rübdə Azərbaycanın 18 yaşayış məntəqəsi qazlaşdırılıb

I rübdə Azərbaycanın 18 yaşayış məntəqəsi qazlaşdırılıb
# 17 aprel 2015 12:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci rübündə Azərbaycanın 18 yaşayış məntəqəsi qazlaşdırılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri həyata keçirilir.

Qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, təbii qazla təchiz olunan yaşayış məntəqələrinin sayı durmadan artır. Bu ilin yanvar-mart ayları ərzində 2062,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.

Həmin dövrdə Ağstafa, Füzuli, Ağcabədi, Ağsu, Cəlilabad, İsmayıllı, Yevlax, Tərtər, Bərdə, Şamaxı, Lənkəran, Astara, Şabran və Zaqatala rayonları üzrə 18 yaşayış məntəqəsi qazlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR