ABŞ-ın Harvard və Braun universitetlərində Azərbaycana həsr edilmiş tədbirlər keçirilib - FOTO

ABŞ-ın Harvard və Braun universitetlərində Azərbaycana həsr edilmiş tədbirlər keçirilib - <span style="color: red;">FOTO
# 17 mart 2015 03:14 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Massaçusets və Rod Aylənd ştatlarının müxtəlif ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin iştirakı ilə Harvard və Braun universitetlərində keçirilmiş tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti və müasir uğurlarını əks elətdirən video və foto materiallar, eləcə də milli mətbəx nümunələri sərgilənib. ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin ifasında müxtəlif musiqi və rəqs nümunələri göstərilib.

Harvard Universitetində azərbaycanlı və türk tələbə cəmiyyətlərinin təşkilatçılığı ilə "Qədim bağlar, gələcəyin torpağı" adlı tədbirdə amerikalı tələbələrlə yanaşı, Türkiyə, Çin, İndoneziya, İsrail, Qazaxıstan və s. ölkələrdən olan tələbələr də iştirak ediblər. Tədbirdə Türkiyə Respublikasının Bostondakı Baş Konsulu Ömür Budak əsas qonaq qismində qatılıb. Çıxış edən türk diplomat diplomatik fəaliyyətinin bir neçə ilini Azərbaycanda keçirdiyini xüsusilə vurğulayaraq, bu səbəbdən Azərbaycana həsr edilmiş tədbirlərdə iştirakı özünə borc bildiyini söyləyib. Ömür Budak Azərbaycanın regional əhəmiyyətindən danışıb, Türkiyə-Azərbaycan münasibətlərinin mənəvi bağlar üzərində qurulduğunu bildirib.

Braun Universitetində keçirilmiş mədəniyyət tədbirində universitetin müxtəlif ölkələrdən olan tələbələri iştirak edib və öz mədəniyyətlərini əks elətdirən rəqs nümunələri nümayiş etdiriblər. Azərbaycanlı tələbələr bu il ilk dəfə olaraq bu çoxmillətli tədbirə qatılıb və "Azərbaycan-Dünya mədəniyyət gecəsi" adlı Azərbaycan mədəniyyətini tanıdıblar. Tədbirdə Azərbaycana dəstək üçün Rod Aylənd ştatının senatoru Leonidas Raptakis də universitetin xüsusi qonağı qismində iştirak edib.

Azərbaycanlı tələbələrin təşkilatçılığı ilə keçirilmiş hər iki tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak ediblər. Səfirlik nümayəndəsi Natiq Baxışov çıxış edərək, ABŞ-Azərbaycan münasibətləri, eləcə də Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən regional layihələr barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR