Təhsil naziri: "Mənim üçün də maraqlıdır ki, imtahan nəticələri barədə məlumat mediada var, Təhsil Nazirliyində isə yox..."

Təhsil naziri: "Mənim üçün də maraqlıdır ki, imtahan nəticələri barədə məlumat mediada var, Təhsil Nazirliyində isə yox..."
# 14 iyun 2016 13:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov bu il imtahan verən rus bölməsinin 500-ə yaxın şagirdinin Azərbaycan dili fənnindən “2” qiymət alması ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, imtahanların nəticələri hər il Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edildikdən sonra Təhsil Nazirliyinə tərəfindən təhlil edilir: "Bu il üçün olan nəticələr Təhsil Nazirliyinə hələ təqdim edilməyib. Mənim üçün maraqlıdır ki, bu məlumat mediada artıq var, amma Təhsil Nazirliyinə məlum deyil. Təhsil Nazirliyində bu məlumat olmadığı üçün fikir bildirmək çox çətindir. Qanunvericiliyə əsasən, həmin nəticələr Təhsil Nazirliyinə təqdim edilməlidir. Təqdim edildikdən sonra nəticələrlə bağlı cavab verə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR