Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alan var - <span style="color: red;">FOTO
# 30 oktyabr 2015 11:51 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 128-ci kilometrliyində, Şabran rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Vəliyev Kənan Əli oğlunun idarə etdiyi 99 HU 808 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 10 BJ 089 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ 2106-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR