Adil Əliyev seçiciləri ilə görüşüb - FOTO

Adil Əliyev seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 29 oktyabr 2015 08:53 (UTC +04:00)

Namizədin Seçki Qərargahından APA-ya verilən məlumata görə, hər zaman olduğu kimi bu dəfə də Adil Əliyev Nərimanov rayonu ərazisində keçirdiyi görüşlər insanların kütləvi iştirakı və aktivliyi ilə seçilib.

Deputatlığa namizəd Adil Əliyev görüşdə ötən beş illik deputat fəaliyyəti barədə danışaraq qeyd edib ki, o, bu illər ərzində rayon sakinlərini Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb: "Bu 5 il ərzində millət vəklili seçildiyim dairə üzrə hər bir ailənin üzvü olmağa çalışdım, uğurlarınıza sevindim, kədərimi isə öz kədərim hesab etdim. Problemlərinizin həlli istiqamətində əlimdən gələni etməyə çalışıdım. Bu illər ərzində seçicilərimin mənə olan etimadını nəzərə alaraq, yenidən məhz elə bu dairədən- 20 saylı Nərimanov ikinci Seçki Dairəsindən namizədliyimi irəli sürdüm. Düşünürəm ki, sizlərin inam və etimadını yenidən qazanacağam”. AdilƏliyev çıxışında Qarabağ məsələsinə də toxunaraq, beynəlxalq təşkilatları tənqid edib: “Bu gün adlarını beynəlxalq və insan haqları təşkilatları qoyan bəzi təşkilatlar ölkəmizə qarşı ikiüzlü və mərkli siyasət aparırlar. Bir dəfə olsun ki, Ermənistanın Qarabağı işğal etdiyi üçün sərt tənqid etmirlər. Amma, bir iki nəfərə görə, az qala dünyanı ayağa qaldırırlar. 1 milyondan çox insanın qaçqın yaşamasına heç bir reaksiya vermirlər və özlərini görməzliyə vururlar. Bu, bir daha onların mahiyyətini ortaya qoyur. Onlara güclü Azərbaycan lazım deyil. Çünki Yaxın və Orta Şərqdə yaratdıqları vəziyyət göz önündədir”. Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər. Sonda görüşdən razı qalan sakinlər Adil Əliyevin işgüzarlıq keyfiyyətləri barədə xəbərdar olduqlarını vurğulayıblar. Onlar Adil Əliyevi yenidən millət vəkili kimi görmək istədiklərini və 1 noyabr seçkilərində yalnız ona səs verəcəklərini söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR