Yardımlıda keçmiş məhkumdan narkotik maddə götürülüb.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E. Miranovdan 6 kiloqram 120 qram tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.