Xalq yazıçısı Qılman İlkinin 100 illik yubiley tədbiri keçirilib

Xalq yazıçısı Qılman İlkinin 100 illik yubiley tədbiri keçirilib
# 01 oktyabr 2014 18:29 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, xalq şairi Sabir Rüstəmxanlı, akademik Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və başqaları iştirak edib.

Vaqif Əliyev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Q. İlkinin yubiley tədbirləri müxtəlif məkanlarda davam edəcək. Tədbirdə professor Buludxan Xəlilov qeyd edib ki, Q. İlkin həm ədəbi, həm də naşir kimi yaradıcılığında özündən sonra gələn gənclərdən öz qayğısını əsirgəməyib: "Qılman müəllim "Azərbaycan" jurnalının baş redaktoru olanda da, "Azərnəşr"in redaktoru olanda da bütün yazıçılara köməklik edib. O, həm də pedaqoji fəaliyyətlə məşğul olub, gənc nəslin təhsil almasında öz töhfəsini verib". Akademik Vasim Məmmədəliyev, AYB-nin katibi İlqar Fəhmi və başqaları Q. İlkin haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbir çərçivəsində "Dan Ulduzu" instrumental ansamblının və müğənnilərin ifasında musiqi parçaları səsləndirilib, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş olunub.

Qeyd edək ki, Q.İlkin "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri" kimi kitabların müəllifidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR