Əli Əhmədov: “Süni peykin buraxılması Azərbaycanın beynəlxalq aləmdə yeni imicinin formalaşmasına xidmət edəcək”

Əli Əhmədov: “Süni peykin buraxılması Azərbaycanın beynəlxalq aləmdə yeni imicinin formalaşmasına xidmət edəcək”
# 08 fevral 2013 09:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Azərbaycanın ilk süni peykinin orbitə buraxılması ölkənin müasir və yeni texnologiyalar sahəsində həyata keçirdiyi siyasətin bariz nümunəsidir. Bu, ölkənin inkişafı ilə bağlı yersiz irad bildirənlərə cavabdır”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. O bildirib ki, süni peykin buraxılması Azərbaycanın beynəlxalq aləmdə yeni imicinin formalaşmasına xidmət edəcək: “Bu baxımdan bu, çox əlamətdar hadisədir və tezliklə öz nəticəsini göstərəcək”.

Ə. Əhmədov onu da əlavə edib ki, növbəti peyklərin də orbitə buraxılması gözlənilir və bu layihələr davamlı olacaq: “İKT sahəsində yeni layihələrimiz də olacaq. Azərbaycan buna iqtisadi inkişafı nəticəsində nail olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR