Balakəndə ev yanıb

Balakəndə ev yanıb
# 16 mart 2015 08:11 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi bu gün səhər saatlarında rayonun Qabaqçöl qəsəbə sakini, Məhəmməd Bazarova məxsus, ümumi sahəsi 140 kv/m olan kürsülü birmərtəbəli 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə FHN-in Balakən rayon DYMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində evin 108 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Məlumatda bildirilir ki, Məhəmməd Bazarova məxsus ev son üç ildə ikinci dəfədir ki yanır.

Faktla bağlı FHN-in Balakən rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR