Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlıq prosesini müzakirə edib

Muxtar Babayev Aleksey Overçukla COP29-a hazırlıq prosesini müzakirə edib
# 06 may 2024 23:52 (UTC +04:00)

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Moskvada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib.

APA "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yer alıb.

Bildirilib ki, təmaslar zamanı iki ölkə arasında ekoloji əməkdaşlığın cari məsələləri və Rusiya nümayəndə heyətinin COP29-da işirakına hazırlıq müzakirə edilib.

Bildirilib ki, görüşdə Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev və iki ölkənin federal nazirliklərinin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR