Prezident İlham Əliyev Avropa Xalq Partiyasının baş katibini qəbul edib

Prezident İlham Əliyev Avropa Xalq Partiyasının baş katibini qəbul edib
# 16 iyun 2016 11:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizi qəbul edib. APA-nın xəbərinə görə, görüşdə Azərbaycanın Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərinin müzakirə edildiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR