Xaçmazda iki maşın toqquşub, xəsarət alan var

Xaçmazda iki maşın toqquşub, xəsarət alan var
# 25 iyun 2015 13:51 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob - Yalama yolunun 19-cu kilometrliyində qeydə alınıb. “VAZ 21014” markalı nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan “QAZ 31 10” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Xudat şəhər sakini, 1962-ci il təvəllüdlü Nurməmmədova Sədaqət Kəlbi qızı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR