Azərbaycanda tikintiyə yönəldilən vəsaitin həcmi cüzi artıb

Azərbaycanda tikintiyə yönəldilən vəsaitin həcmi cüzi artıb
# 15 oktyabr 2014 09:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda tikinti kompleksi dinamik inkişaf edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bütün maliyyə mənbələrindən əsas kapitala 11,9 mlrd. manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2% çox vəsait yönəldilib.

Onun 70,4%-i daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 68,2%-i məhsul istehsalı, 31,8%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.

Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,3%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR