İmişlidə otla dolu traktor qoşqusu yanıb

İmişlidə otla dolu traktor qoşqusu yanıb
# 29 may 2016 18:20 (UTC +04:00)

Bakı-APA. İmişlidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Çaxırlı kəndində vətəndaşa məxsus traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 2 ton ot bağlaması yanıb.

Traktor yanğından mühafizə olunub. Yanğın saat 18:19-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR