IDEA kampaniyası Bakıda Nüvə təhlükəsizliyinə dair seminar keçirib - FOTO

IDEA kampaniyası Bakıda Nüvə təhlükəsizliyinə dair seminar keçirib - <span style="color: red;">FOTO
# 29 yanvar 2013 13:06 (UTC +04:00)

Bakı-APA. IDEA kampaniyası "Beynəlxalq nüvə müharibəsi əleyhinə səfərbərlik günü" ilə əlaqədar seminar keçirib. Kampaniyadan APA-ya verilən məlumata görə, 30-dan artıq tələbənin iştirak etdiyi seminar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub.

Tədbirdə ekspert qismində AMEA-nın Radiasiya Problemləri İnsitutunun laboratoriya rəhbəri, “Rüzgar” İctimai Birliyinin sədri, professor İslam Mustafayev iştirak edib.

İnteraktiv formada keçirilmiş və gənclərin maraqlı müzakirələri ilə yadda qalan tədbirdə qeyd olunub ki, ətraf mühitdə mənfi proseslərin ortaya çıxmasında, o cümlədən bir çox problemlərin yaranmasında nüvə enerjisinin istehsalı zamanı atılan tullantıların xüsusi rolu mövcuddur.

O da bildirilib ki, 1985-ci ildə Dehli şəhərində keçirilən beynəlxalq konfransda qəbul olunmuşdur. Bu tarixdə dünyanın bir çox ölkələrində nüvə müharibəsinin yaratdığı ekoloji və sosial fəsadlarla bağlı tədbirlər təşkil olunur, həmçinin nüvə qurbanlarının xatirəsi anılır.

Xatırladaq ki, ekoloji maarifləndirməni daima fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq rəhbər tutan IDEA Kampaniyası 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.

Kampaniyadan verilən məlumata görə növbəti həftələrdə də mühazirələrin davamı və müxtəlif ərazilərə ekskursiyaların təşkili gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR