Təhsil naziri Ağdamda uçaraq yararsız hala düşmüş məktəbin taleyinə aydınlıq gətirib

Təhsil naziri Ağdamda uçaraq yararsız hala düşmüş məktəbin taleyinə aydınlıq gətirib
# 19 aprel 2013 08:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Təhsil naziri Misir Mərdanov bu günlərdə Ağdamın Baharlı kəndində uçaraq yararsız hala düşən məktəbin sonrakı taleyinə aydınlıq gətirib. Nazir APA-ya açıqlamasında deyib ki, bu məsələ ilə bağlı nazirlik tərəfindən yerli icra hakimiyyəti orqanı ilə danışıqlar aparılıb: “Dərs ilinin sonuna kimi bu məktəb müvafiq binada yerləşdiriləcək və şagirdlər həmin binada təhsillərini davam etdirəcəklər: “Bundan sonra, məktəb müvafiq Dövlət Proqramına daxil ediləcək. Növbəti tədris ilinə kimi həmin ərazidə yeni məktəb binası tikiləcək və şagirdlər həmin tədris ocağında təhsil alacaqlar”.

Qeyd edək ki, bu günlərdə Ağdamın Baharlı kəndində məktəb binası uçub. Cabbar bəy İsmayılbəy oğlu Vəlibəyov adına Birinci Baharlı kənd orta məktəbinin binası uçaraq yararsız hala düşüb. Ötən əsrin 70-ci illərində inşa olunan bina uzun illər təmir edilmədiyindən istifadəyə yarasız vəziyyətdə olub. Tikilinin bir hissəsinin uçması nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR