"Bank VTB (Azərbaycan)"ın "Əcəmi" filialının kredit portfeli 28% böyüyüb

"Bank VTB (Azərbaycan)"ın "Əcəmi" filialının kredit portfeli 28% böyüyüb
# 01 oktyabr 2015 09:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı dörd yaşını qeyd edir. Ötən dövr ərzində filial müsbət maliyyə göstəriciləri nümayiş etdirib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, 1 sentyabr 2015-ci il tarixinə olan məlumata əsasən, filialın kredit portfeli 44,4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28% çoxdur. Kredit portfelinin strukturunda əsas pay avtokreditlərin üzərinə düşür: təxminən 20 mln. manat və ya kreditlərin 42%-i. “Əcəmi” filialı eləcə də kiçik (o cümlədən mikrokreditləşmə) və orta biznesin kreditləşməsi istiqamətini də inkişaf etdirir.

1 sentyabr 2015-ci il tarixinə olan məlumata görə, “Əcəmi” filialında kiçik biznesin kreditləşməsinə 2 mln. manat vəsait ayrılıb ki, bu da keçən illə müqayisədə 18% çoxdur.

Filial həmçinin ipoteka kreditləşməsini genişləndirməyi qarşısına məqsəd qoyub. Belə ki, bu istiqamətdə uğurla addımlayaraq son bir ildə filial ipoteka üzrə portfelini 12,8 mln. manata və ya kredit portfelinin 30% qədər artırıb.

Müsbət göstəricilər depozit portfeli üzə də nümayiş olunur. Əmanətlərin həcmi 2 mln. manatı keçib ki, bu da 2014-cü ilin sentyabr ayına olan göstəricini 69% üstələyir.

“Bizim filial bankda pərakəndə kreditləşmə üzrə birinci yerdədir. Biz müştərilərimizə geniş spektrdə bank xidmətləri göstəririk. Bizim komanda nail olduqları ilə kifayətlənmək niyyətində deyil və müştərilərinə keyfiyyətli xidmət göstərməyə, bununla da "Bank VTB (Azərbaycan)"ın inkişafına öz tövhəsini verməyə davam edəcək”, - deyə filialın direktoru Anar Zeynalov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR