Almatıda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Almatıda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub
# 11 noyabr 2015 09:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 10-da Qazaxıstanın Almatı şəhərində TÜRKSOY və Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində TÜRKSOY-un təşəbbüsü ilə şairin yubileyi münasibətilə nəşr olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kitaba şairin Azərbaycan dilindəki şeirləri ilə yanaşı, qırğız, türk, türkmən, qazax dillərinə tərcümə edilmiş şeirlər daxil edilib.

Tədbirdə Qazaxıstan yazıçıları, ziyalılar, həmçinin Azərbaycan, Qırğızıstan və Türkiyədən dəvət olunan qonaqlar iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı Bəxtiyar Vahabzadənin şeirlərinin TÜRKSOY tərəfindən türk xalqlarının dillərinə tərcümə olunaraq çap edilməsindən danışıb.

Sonda kitabın tərcüməsində və tədbirin təşkilində əməyi olanlara TÜRKSOY adından mükafatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR