“Elektron kitabxana idarəedilməsi” mövzusunda təlim keçiriləcək

“Elektron kitabxana idarəedilməsi” mövzusunda təlim keçiriləcək
# 27 avqust 2015 11:53 (UTC +04:00)

Bakı. Esmira Əliyeva – APA. Sentyabrın 17-də dövlət və özəl təhsil müəssisələri, eləcə də digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün “Elektron kitabxana idarəedilməsi” mövzusunda təlim keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təlim ALISA (Automated Library Information System of Azerbaijan) sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq. İştirakçılara müasir kitabxana işində zəruri olan 3M qurğuları barədə məlumatlar veriləcək.

Peşəkar mütəxəssislər tərəfindən keçiriləcək treninqdə iştirak pulsuzdur və iştirakçılara sertifikat təqdim olunacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan bir neçə paytaxt və rayon-şəhər kitabxanalarında, Gəncə Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə komponenti tətbiq edilib. Sistem Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında "Ultra Technologies" şirkəti tərəfindən hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR