Dövlət Kukla Teatrı mövsümə yekun vurub

Dövlət Kukla Teatrı mövsümə yekun vurub
# 14 iyul 2015 12:05 (UTC +04:00)

Bakı. Esmira Əliyeva - APA. Azərbaycan Dövlət Kukla Teatrı 84-cü mövsümünə yekun vurub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın direktoru Rəşad Əhmədzadə ilin yekununa həsr olunan tədbirdə çıxış edərək teatrın kollektivinin il ərzində gördüyü işlərdən, səhnəyə qoyulan tamaşalardan danışıb.

Qarşıdakı mövsümə daha məsuliyyətlə hazırlaşacaqlarını deyən direktor, 15-20 noyabr tarixlərində Bakıda baş tutacaq “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı haqqında da məlumat verib.

R. Əhmədzadə bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) dəstəyi ilə keçiriləcək tədbirdə dünyanın aparıcı kukla teatrları və mütəxəssisləri iştirak edəcək.

Tədbirdən sonra “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxış olub. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Birhissəli kukla tamaşasında əsas rolları əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR