Azərbaycan Qran-Pri turnirinə 8 cüdoçu ilə qatılacaq

Azərbaycan Qran-Pri turnirinə 8 cüdoçu ilə qatılacaq
# 19 fevral 2013 07:54 (UTC +04:00)

Bakı – APA. Fevralın 23-də və 24-də Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək Azərbaycan cüdo yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarışda avstriyalı baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında 8 idmançımız mübarizə aparacaq.

Təcrübəli mütəxəssisin açıqladığı heyət yeniliklərlə diqqət çəkib.

Belə ki, Zayzenbaher 90 kq çəki dərəcəsində yığmamızın 1 nömrəsi Elxan Məmmədovu daha ağır – 100 kq çəki dərəcəsində sınayacaq. O, həmçinin London Olimpiadasından sonra ilk dəfə Elnur Məmmədliyə (81 kq) şans verib. Almaniyada bu 2 titullu idmançımızla yanaşı, Orxan Səfərov (60 kq), Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Rüstəm Alimli (81 kq), Şəhməd Məhəmmədov və Şahin Qəhrəmanov (hər ikisi 90 kq) nəyə qadir olduqlarını göstərəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR