Azərbaycan parlamenti Türkiyə ilə aqrar sahədə imzalanmış iki sənədi təsdiq etməyə hazırlaşır

Azərbaycan parlamenti Türkiyə ilə aqrar sahədə imzalanmış iki sənədi təsdiq etməyə hazırlaşır
# 15 noyabr 2012 09:02 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Milli Məclisin Aqrar siyasət Komitəsinin iclasında Azərbaycan və Türkiyə hökumətləri arasında aqrar sahəyə aid imzalanmış bir neçə sənədlər müzakirə olunub.

«APA-Economics»in məlumatına görə, iclasda «Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi»nin fəaliyyətinin nizamlanması haqqında Protokol»un təsdiq olunması haqqında» qanun layihəsi, eləcə də, «Azərbaycan Hökuməti və Türkiyə Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş»in təsdiq olunması haqqında qanun layihələri müzakirə edilib.

Müzakirələrin nəticəsi olaraq hər iki qanun layihəsi təsdiqlənmək üçün parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR