“Avropa-Yaxın Şərq informasiya magistralı”na qoşulma Azərbaycanda 3,2 Tbit/s sürətlə trafik ötürmə imkanı yaradacaq

“Avropa-Yaxın Şərq informasiya magistralı”na qoşulma Azərbaycanda 3,2 Tbit/s sürətlə trafik ötürmə imkanı yaradacaq
# 05 avqust 2014 08:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Avropa-Yaxın Şərq informasiya magistralı”na (EPEG) qoşulma Azərbaycanda 3,2 Tbit/s sürətlə trafik ötürmə imkanı yaradacaq. Bu da ölkə daxilində təklif olunan internet xidmətlərinin həm keyfiyyətinə, həm də qiymətinə müsbət təsir edəcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda qeyd olunub.

Hesabatda qeyd olunur ki, Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısası olan “Avropa-Yaxın Şərq informasiya magistralı” Almaniyadan Omana qədər çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasını nəzərdə tutur.

Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm da ehtiyat marşrut olaraq seçilib və konsorsiumda “Delta Telekom” şirkəti vasitəsi ilə təmsil olunur. Layihə üzrə Azərbaycanda əsas və ehtiyat qovşaqları quraşdırılıb, test işləri uğurla başa çatdırılıb və konsorsium tərəfindən qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR