“National Geographic”in fotoqraf və jurnalistlərinin Azərbaycana info-turu təşkil edilib

“National Geographic”in fotoqraf və jurnalistlərinin Azərbaycana info-turu təşkil edilib
# 08 iyul 2015 12:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “National Geographic” və “National Geographic Traveler” jurnallarının fotoqraf və jurnalistlərinin 18 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana info-turu təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər nazirliyin və “National Geographic Azerbaijan” dərgisinin birgə təşkilatçılığı ilə reallaşıb.

İnfo-turun keçirilməsində məqsəd xarici jurnalistləri Azərbaycanın zəngin maddi-mənəvi mədəniyyəti, təbiəti ilə yaxından tanış etmək, onların ölkəmiz barədə məlumatını artırmaqdır.

Tədbirə Hindistan, İran, Koreya, İsrail, Çin, Gürcüstan, Belarus və Rusiyadan iştirakçılar qatılıb. Təşkil olunan 2 info-tur çərçivəsində iştirakçılar İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası, Mərdəkan Qalası, Atəşgah məbədi, Yanardağ tarix mədəniyyət abidələrini, Şamaxıda Cümə Məscidini və Şəkidə Xan Sarayını ziyarət edəcəklər.

Qonaqlar Gəncədə Xan Bağı və Cümə Məscidi ilə tanış olaraq, Mingəçevirə, daha sonra Naftalana səfər edəcəklər. İştirakçılar eyni zamanda Naftalan müalicəvi nefti ilə yerində tanış olmaq imkanı qazanacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR