Bakı Ali Neft Məktəbi İndoneziya ilə əlaqələr qurur - FOTO

Bakı Ali Neft Məktəbi İndoneziya ilə əlaqələr qurur - <span style="color: red;">FOTO
# 28 sentyabr 2015 07:18 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prayono Atiyanto və bu ölkənin Energetika və Mineral Ehtiyatlar Nazirliyinin neft-qaz məsələləri üzrə direktorluğunun rəhbəri Viratmaca Puca Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, ali məktəbin tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqlara BANM-in yaranma tarixi, 4 il ərzində əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinin təşkili ilə tədris prosesinin təcrübə ilə vəhdətinin səmərəliyinin artırılması bərədə məlumat verib. O, Ali Məktəbin beynəlxalq əlaqələrinin genişləndirməsində maraqlı olduğunu və İndoneziyanın yanacaq-energetika kompleksinin müəssisələri və ali təhsil ocaqları ilə işgüzar əlaqələrinin qurulmasına hazır olduğunu bildirib.

Səfir görüşün təşkilinə görə Ali Məktəbin rəhbərliyinə təşəkkürünü bildirərək, BANM-in fəaliyyətini yüksək qiymətləndirib. O, SOCAR-ın rəhbərliyi ilə aparılan danışıqların nəticələri barədə danışıb və İndoneziyanın ali məktəbləri və müəssisələri ilə BANM-in əməkdaşlıq əlaqələrinin inkişafına hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

Viratmaca Puca Azərbaycanın nüfuzlu Ali Məktəbində olmasından məmnunluğunu ifadə edərək, müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirmək üçün ali təhsil müəssisələri ilə əlaqələrin yaradılmasının zəruri olduğunu vurğulayıb. O, həmçinin, oktyabr ayında Bakıda keçiriləcək İndoneziyanın nailiyyətlərinə həsr olunmuş sərgi haqqında məlumat verib.

Görüşdə, həmçinin BANM-in İndoneziyanın müvafiq müəssisələri və ali məktəbləri ilə əməkdaşlığının ayrı-ayrı məsələləri ətrafında müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR