Bakı. Cavid Zeynallı - APA. Vanın Çaldıran rayonunda PKK terror təşkilatına qarşı aparılan əməliyyatda 8 əsgər şəhid olub, 8-i yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Van Valiliyinin məlumatında bildirilib ki, yaralı hərbçilər xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Bölgədə PKK-ya qarşı aparılan əməliyyat davam edir.
Əməliyyat nəticəsində 13 PKK terrorçusu zərərsizləşdirilib.
Qeyd edək ki, əməliyyat sentyabrın 2-də başlayıb. Dünən 4 əsgərin öldüyü açıqlanmışdı, bu gün isə şəhid əsgərlərinin sayının 8-ə çatdığı bildiriib.