Növbədənkənar parlament seçkilərində səsvermənin nəticələri barədə ilkin məlumatın nə zaman açıqlanacağı məlum olub

Növbədənkənar parlament seçkilərində səsvermənin nəticələri barədə ilkin məlumatın nə zaman açıqlanacağı məlum olub
# 29 iyun 2024 16:13 (UTC +04:00)

Növbədənkənar parlament seçkilərində səsvermənin nəticələri barədə ilkin məlumatın nə zaman açıqlanacağı məlum olub.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi seçki günü və ondan sonra səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokollarındakı məlumatların Mərkəzi Seçki Komissiyası Katibliyi İnformasiya Mərkəzinin internet saytında ilkin məlumat kimi yerləşdirilməsini təmin etməlidir.

Seçki dairələri üzrə səsvermənin nəticələrinə dair protokollar Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra seçkilərin ilkin nəticələri Mərkəzi Seçki

Komissiyası tərəfindən seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR