Azad Rəhimov: “Azərbaycanın dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür”

Azad Rəhimov: “Azərbaycanın dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür”
# 05 sentyabr 2014 09:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Gənclərlə bağlı keçirilən tədbirlər, forumlar zamanı əsasən ölkənin əsas və yeganə problemi Dağlıq Qarabağ, Ermənistanın təcavüzü ilə bağlı işlər aparılmalıdır”. APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Azərbaycanın tanıdılması xaricdə təhsil alan gənclərin peşəkarlığı ilə bağlı ola bilər. A. Rəhimov qeyd edib ki, tələbə gənclər gəncliyin əsas və aparıcı hissəsi olduğu kimi xaricdə təhsil alan tələblər də 200 minlik tələbə ordusunun önəmli hissəsidir: “Azərbaycan prezidenti İlham Əliyev ölkə gənclərinin dünyanın aparıcı universitetlərində təhsilinə çox böyük diqqət və önəm verir. Bu, ölkəmizin əsas inkişaf prioritetlərindən biridir. Bu siyasətin daha dərin kökləri, ənənələri var. Bu gün ölkəmizin inkişafında, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür. Savadınızın artması və peşəkar mütəxəssis olmaq istəyiniz və çalışmağınız bizi sevindirir. Bu sizin əsas vəzifənizdir. Cəmiyyətin problemlərinin həllində iştirak, onlarla münasibətin müəyyən edilməsi, fərdi bacarıq və imkanlarının ümumi fəaliyyətdə birləşməsi yolu ilə insan daha da yetkinləşir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR