Beynəlxalq müşahidəçi: “Ağdaşda baş çəkdiyim məntəqələrdə qanun pozuntusuna rast gəlməmişəm”

Beynəlxalq müşahidəçi: “Ağdaşda baş çəkdiyim məntəqələrdə qanun pozuntusuna rast gəlməmişəm”
# 18 iyun 2016 13:34 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. “Günortayadək Ağdaş şəhərində və kəndlərdə 8 seçki məntəqəsində olmuşam. Seçki məntəqələrində yaradılmış şərait qənaətbəxşdir. Seçicilər səsvermə prosesində həvəslə iştirak edirlər”.

Bunu APA-ya açıqlamasında Ağdaşda keçirilən Milli Məclisə təkrar seçkiləri müşahidə edən Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda deyib.

Azərbaycanda belə bir məsul missiyanı yerinə yetirdiyinə görə şad olduğunu vurğulayan S. Preda hər hansı qanun pozuntusu ilə rastlaşmadığını bildirib: “Ümumilikdə Ağdaşda seçki prosesinə ciddi hazırlıq işlərinin görüldüyünü müşahidə edirəm. Seçkilər tam demokratik keçir və baş çəkdiyim məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişəm”.

S. Preda seçki məntəqələrində səsvermənin normal keçdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR