Necdət Ünüvar: “31 mart soyqırımını tarix unutmayacaq”

Necdət Ünüvar: “31 mart soyqırımını tarix unutmayacaq”
# 30 mart 2015 10:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, açıqlamada deyilir:

“Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 Mart günü “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Azərbaycan xalqının tarixdə dəfələrlə soyqırıma məruz qalmasına və bunları göstərən minlərlə sənəd və fotoşəkillər olmasına baxmayaraq, bir çox ölkə bu soyqırımlara səssiz qalıb. 31 Mart gününü hər azərbaycanlı və bütün türk dünyası unutmamalıdır. Bu tarix, 1918-ci ildə ermənilərin Azərbaycanda minlərlə qardaşımızı amansızlıqla qətlə yetirdiyi illəri ifadə edən və unudulmaması gərəkən bir gündür. Hər il 24 apreldə qondarma soyqırım iddiasıyla bütün dünyada tərəfdar toplamağa çalışanlar öz tarixlərində azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri sistematik qırğınları gizləməyə çalışırlar. Amma edilənləri özləri görməzlikdən gəlsələr belə, bu qanlı günləri tarix unutmayacaq. Soyqırım qurbanlarının anım günündə soyqırım səbəbi ilə şəhid olan azərbaycanlı qardaşlarımı hörmətlə yad edir, Allahdan rəhmət diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR