Bank Of Baku

Nqiyem Vu Xai: Prezident İlham Əliyevin Vyetnama səfəri münasibətlərimizin möhkəmləndirilməsinə mühüm töhfə verəcək

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Fəxri Prezidenti Nqiyem Vu Xai

© APA | Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Fəxri Prezidenti Nqiyem Vu Xai

# 20 noyabr 2026 09:04 (UTC +04:00)

"Prezident İlham Əliyevin Vyetnama səfəri ikitərəfli münasibətlərimizin siyasət, iqtisadiyyat, elm, texnologiya, təhsil, mədəniyyət və digər sahələrdə möhkəmləndirilməsinə mühüm töhfə verəcək".

APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Fəxri Prezidenti Nqiyem Vu Xai bildirib.

“Prezident İlham Əliyevin səfərindən sonra iki ölkənin hökumətləri birgə fəaliyyət planı hazırlamalı, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı hökumətlərin üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində birlikdə çalışmalıdırlar. Hazırkı dövr ikitərəfli münasibətlərimizin inkişafı üçün ən əlverişli zamandır”, - o, qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR