“PAŞA Sığorta” “Nümunəvi sürücü” adlı sosial layihəyə start verib

“PAŞA Sığorta” “Nümunəvi sürücü” adlı sosial layihəyə start verib
# 13 noyabr 2014 06:00 (UTC +04:00)

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, social layihə Bakı şəhərində nəqliyyatın idarə edilməsi sisteminin hal-hazırda öz keçid dövrünü yaşaması və bunun nəticəsində piyadalara piayada keçidində yol verməmək kimi yol hərəkəti qaydalarının sürücülər tərəfindən mütəmadi olaraq pozulması hallarının qarşısının alınması zərurətini nəzərə alınaraq həyata keçirilir.

Bu layihə çərçivəsində nümunəvi avtomobil sürücüləri BDYPİ tərəfindən qeydiyyata alınaraq, ünvanlarına “təşəkkür məktubları” göndərilir. Bu məktub onlara “PAŞA Sığorta” şirkətinin könüllü sığorta məhsullarına 10%-dək endirimlərdən yararlanmaq imkanı da təqdim edir.

Qeyd olunan həvəsləndirmə tədbirlərinə əlavə olaraq “nümunəvi sürücülər”in avtomobillərinin fotoşəkilləri layihənin rəsmi facebook səhifəsi olan https://www.facebook.com/Numunevisurucu yerləşdirilərək digər sosial medya istifadəçilərinə örnək olacaq. Layihə barədə məlumatın yerli telekanalların birində işıqlandırılması da nəzərdə tutulub.

Sığorta bazarının lideri “PAŞA Sığorta” şirkəti özünü Azərbaycanın sosial mühitinin bir hissəsi olduğunu dərk edir və bu mühitin yaxşılaşdırılması yönündə atdığı sosial yönümlü layihələri gələcəkdə də uğurla davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, bu layihə “PAŞA Sığorta” ASC tərəfindən həyata keçirilən yeganə layihə deyil və bu kimi KSM proqramlarının ənənəvi xarakter daşıması şirkətin siyasətinin ayrılmaz hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR