Florida hava limanında “Boeing 767” təyyarəsi yanıb, 15 nəfər xəsarət alıb

Florida hava limanında “Boeing 767” təyyarəsi yanıb, 15 nəfər xəsarət alıb
# 29 oktyabr 2015 23:18 (UTC +04:00)

ABŞ-ın Florida ştatında “Dynamic Airways” aviaşirkətinə məxsus “Boeing 767” təyyarəsinin göyərtəsində baş vermiş yanğın nəticəsində azı 15 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, insident ötən gün saat 20.30 radələrində baş verib. Uçuşa hazırlaşan və göyərtəsində 100 sərnişinin olduğu təyyarədə yanacağın sızması yanğınla nəticələnib.

Sərnişinlər yanğın başladıqdan 6 dəqiqə sonra təyyarədən evakuasiya edilib. Hazırda biri uşaq olmaqla 13 nəfərə tibbi yardım göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR