Azərbaycan, Türkiyə və Gürcüstan arasında keçiriləcək “Qafqaz Qartalı” təliminə dair Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan, Türkiyə və Gürcüstan arasında keçiriləcək “Qafqaz Qartalı” təliminə dair Anlaşma Memorandumu təsdiqlənib
# 06 fevral 2013 16:59 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti ötən il noyabrın 21-də Ankarada imzalanmış 1. 2012-ci il noyabrın 21-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında keçiriləcək xüsusi təyinatlı kiçik bölmələrin “Qafqaz Qartalı” təlimi üçün ev sahibi ölkə dəstəyinin şərtlərinə dair Anlaşma Memorandumu”nun təsdiqlənməsi barədə Fərman imzalayıb. APA-nın məlumatına görə, Fərmana əsasən, Müdafiə Nazirliyinə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə və Gürcüstan hökumətlərini xəbərdar etmək tapşırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR