Dələduzluq və qaçaqmalçılıqda təqsirləndirilən Kamerun vətəndaşının məhkəməsi davam etdirilib

Dələduzluq və qaçaqmalçılıqda təqsirləndirilən Kamerun vətəndaşının məhkəməsi davam etdirilib
# 09 iyun 2016 12:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qaçaqmalçılıqda təqsirləndirilən Kamerun vətəndaşı Mishel Raphael Kamonun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə ifadə vermək təklif olunsa da o, özünü pis hiss etdiyini deyib. Hakim bildirib ki, ona dəfələrlə ifadə vermək təklif olunub və o, hər dəfə bəhanə edərək ifadə verməkdən imtina edib. Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdırmağı təklif edib. Lakin dövlət ittihamçısı bununla razılaşmayıb. O, təqsirləndirilən şəxsi dindirmək istədiyini deyib.

Qeyd edək ki, M. R. Kamo Azərbaycan vətəndaşı olan Mürsəl adlı şəxsi aldadaraq dələduzluq edib. Belə ki, M. R. Kamo ondan 250 min manat alıb və həmin pulu xaricdən gətirilmiş xüsusi dərman vasitəsi ilə 750 min manata çevirəcəyinə inandırıb. Bundan əlavə o, qaçaqmalçılıqla məşğul olub. Hava limanında onun üzərinə baxış keçirilən zaman müxtəlif ölkələrin valtutaları aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR