"Akkord Sement" Azərbaycandan sement ixracını həyata keçirən ilk şirkət olub

"Akkord Sement" Azərbaycandan sement ixracını həyata keçirən ilk şirkət olub
# 14 iyul 2015 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Akkord Sement” bu ilin may ayından başlayaraq Azərbaycan tarixində ilk dəfə sement ixracını həyata keçirən şirkət olub.

Şirkətdən “APA-Economics”ə verilən məlumata əsasən, imzalanmış müqaviləyə uyğun olaraq istehsal olunan məhsulun 75 000 tonu 2015-ci ildə ixrac olunacaq.

2013-cü ilin sonunda istifadəyə verilmiş zavod Azərbaycanın Qərb regionunda fəaliyyət göstərən ən iri istehsal müəssisəsidir. Zavodun istehsal gücü günlük 2.500 ton klinker və ya illik 1 mln. ton sement təşkil edir.

Şirkət hazırda qalaq və kisə şəklində yüksək möhkəmliyə malik sementlər, o cümlədən sulfatadavamlı sement istehsal edir. Zavodun istehsal etdiyi məhsulların satışı Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı-Abşeron yarımadasında həyata keçirilir. Məhsulların müştərilərə vaxtında çatdırılmasını təmin etmək üçün şirkətin Bakıda və digər regionlarda çoxfunksiyalı Logistika Mərkəzləri təşkil edilib.

2018-ci ilə qədər şirkət sement istehsal həcminin genişləndirilərək illik 3 mln. tona çatdırılmasını, o cümlədən zavod ərazisində iri istehsal texnoparkının yaradılmasını planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR