Azərbaycanda 10 gündən artıq müvəqqəti olan əcnəbilərlə bağlı elektron xidmət yaradılıb

Azərbaycanda 10 gündən artıq müvəqqəti olan əcnəbilərlə bağlı elektron xidmət yaradılıb
# 20 iyul 2016 16:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq olunub. APA-nın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) Kollegiyası qərar qəbul edib.

Qərarla Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət yaradılıb. Bu xidmət Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbul edilməsi, baxılması və baxılmanın nəticəsindən asılı olaraq Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını əhatə edir.

Elektron xidməti DMX göstərəcək. Elektron xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti bir iş günüdür.

Elektron xidmətin növü interaktivdir. Elektron xidmət ödənişsizdir. Elektron xidmətin istifadəçiləri əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra — «qəbul edən tərəf») və ya əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

İstifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə-anket formasının tam və ya düzgün doldurulmaması, pasportun (digər sərhədkeçmə sənədinin) ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti DMX həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR