"Nar"ın Azərbaycan idman federasiyalarında keçirdiyi “Açıq qapı” günləri yekunlaşıb - FOTO

"Nar"ın Azərbaycan idman federasiyalarında keçirdiyi “Açıq qapı” günləri yekunlaşıb - <span style="color: red;">FOTO
# 23 aprel 2015 08:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Nar” Bakı-2015 Avropa oyunları ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın idman federasiyalarında “Açıq qapı” günlərini uğurla başa çatdırıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, sağlam həyat tərzi və idmanı təşviq edən operator layihə çərçivəsində Cüdo Federasiyası, Boks Federasiyası, Taekvondo Federasiyasında keçirilən açıq məşqlərin təşəbbüskarı qismində çıxış edib.

Bütün tədbirlərdə Azərbaycan yığma komandasını Avropa oyunlarında təmsil edəcək tanınmış idmançılar, dünya və Avropa çempionları iştirak ediblər. Onlar, idmanda ilk addımlarını atan uşaqlar üçün nümunə olmaqla yanaşı, həvəskarların da idmanla məşğul olmaları üçün stimul yaradıblar.

Qeyd edək ki, layihə çərçivəsində “Nar” operatoru voleybol, güləş və karate federasiyalarında da “Açıq qapı” günləri keçirib. Həmin tədbirlərdə ümumi hesabla 500-dən artıq uşaq və yeniyetmə, tanınmış idmançılar və məşqçilər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR