Fransa Malidə “Əl Qaidə” liderinin öldürüldüyünü təsdiq edib

Fransa Malidə “Əl Qaidə” liderinin öldürüldüyünü təsdiq edib
# 24 mart 2013 00:09 (UTC +04:00)

Bakı-APA. Fransa hökuməti “Əl Qaidənin” Şimalo Afrika qolunun liderlərindən biri olan Əbu Zeydin öldürüldüyünü təsdiq edib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, onlar öldürülənin üzərində DNT analizi keçirdiklərini bildiriblər.

Çadın prezidenti İdris Debi Əbu Zeydin öldürüldüyünü martın əvvəlində bəyan etmişdi, lakin o zaman bu məlumatı təsdiq etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR