Bakı-Ələt-Astara magistral yolu üzərindəki uçmuş körpü əsaslı təmirdən sonra istismara verilib

 Bakı-Ələt-Astara magistral yolu üzərindəki uçmuş körpü əsaslı təmirdən sonra istismara verilib
# 23 mart 2013 15:12 (UTC +04:00)

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev «APA-Economics»ə bildirib ki, sement daşıyan yük avtomobillərinin hərəkəti nəticəsində körpünün aşırım tirləri sınmış, körpü yararsız vəziyyətə düşmüşdü.

Martın 7-də körpüdə əsaslı təmir işlərinə başlanıb və 15 gün ərzində işlər başa çatdırılıb. Təmir işləri çərçivəsində körpünün bütün 18 aşırım tirləri dəyişdirilib, dayaqlar gücləndirilib, o cümlədən armaturlanma işləri görülməklə betonlanıb.

Körpünün üst hissəsində asfalt beton da bərpa olunub. Məhəccərlər dəyişdirilib, beton bardürlər dəmirlə əvəzlənib.

Körpünün uzunluğu 49 metr, eni 9 metrdir. Bunun 7 metrini hərəkət hissəsi, 2 metrini isə hər tərəfdən 1 metr olmaqla piyadalar üçün səkilər təşkil edir.

Körpü bu gün saat 16.00-da istismara verilərək, bütün növ nəqliyyat vasitələri üçün açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR