İrəvanda etirazçılar mərkəzi küçəni bağlayıb - YENİLƏNİB

İrəvanda etirazçılar mərkəzi küçəni bağlayıb - <span style="color: red;">YENİLƏNİB
# 15 iyul 2015 03:26 (UTC +04:00)

APA-nın news.am-a istinadən verdiyi məlumata görə, oturaq aksiyadan sonra prokurorluq binasına yürüş edən hərəkat fəalları nümayişçilərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı yenidən tələb ediblər.

Tələblərə əsasən, polis işçiləri xidməti vəzifələrini yerinə yetirdikdə polis uniformasında olmalı, nümayişdə həddi-buluğa çatmamış şəxslərin iştirak etdiyi təqdirdə isə polis xüsusi vasitələrdən (gözyaşardıcı qaz, su şırnaqları və s.) istifadə etməməlidir. Bununla da “Talana yox!” hərəkatının növbəti aksiyası başa çatıb.

***

23:13

Bakı-APA. Ermənistanda elektrik enerjisi tariflərinin artmasına etiraz edən “Talana yox!” vətəndaş hərəkatının fəalları İrəvanın iki mərkəzi küçəsinin kəsişməsində oturaq aksiya keçirir.

APA-nın news.am-a istinadən məlumata görə, etirazçılar 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı tələb edirlər.

“Prokurorluq səlahiyyət hədlərini aşmış polislərin cəzalandırılmasına dair bizə zəmanət verməyənədək, buranı tərk etməyəcəyik”, deyə fəallardan biri Maksim Sarkisyan bildirib.

Xatırladaq ki, iyunun 23-də İrəvan polisi “Talana yox!” hərəkatının nümayişini dağıtmış, 237 nəfər, o cümlədən media nümayəndələri saxlanılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR