Azərbaycan avtomobil istehsalını 5 dəfə artırıb

Azərbaycan avtomobil istehsalını 5 dəfə artırıb
# 14 avqust 2014 14:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 209 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 2,9% azalma, avtomobil və qoşquların istehsalında 66,2%, nəqliyyat vasitələrinin istehsalında isə 3,4 dəfə artım müşahidə olunub.

Belə ki, bu ilin 7 ayında Azərbaycanda 1 510 ədəd minik avtomobili istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur. Nəticədə bu ilin avqustun 1-nə 287 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu müddət ərzində ölkədə 159 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 8,2% artım deməkdir.

Bu il ərzində ölkədə kotan istehsalı 16,1% artaraq 570 ədəd, traktor istehsalı isə 70,8% artaraq 709 ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR