Nigeriyada hərbi təyyarə yaşayış evinin üstünə düşüb

Nigeriyada hərbi təyyarə yaşayış evinin üstünə düşüb
# 29 avqust 2015 18:01 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın Hərbi-Hava Qüvvələrinə məxsus “Dornier-228” təyyarəsi ölkənin şimal bölgəsində yaşayış evinin üstünə düşüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 4 ekipaj üzvü və 3 sərnişin ölüb.

Hazırda yanğınsöndürənlər təyyarənin qəzaya uğramasından sonra başlayan yanğının qarşısını almağa çalışırlar. Hadisə zamanı yaşayış evində heç kim olmayıb.

Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR