Azərbaycanda I rübdə 43 yaşayış məntəqəsi qazlaşdırılıb

Azərbaycanda I rübdə 43 yaşayış məntəqəsi qazlaşdırılıb
# 11 aprel 2013 13:45 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin birinci rübündə Azərbaycan üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, yanvar-mart aylarında əhali kateqoriyasına aid 45 279 yeni abonent təbii qazla təmin olunub ki, bunun da 35 625-i regionların, 9 654-ü isə Bakı şəhərinin payına düşüb.

Müvafiq dövr ərzində əhali kateqoriyasından olan abonentlərin mənzillərində ümumilikdə 173 794 sayğac quraşdırılıb və ya əvəz olunub ki, bunun da 117 206-sı «smart-kart» tipli sayğacdır. Birinci rübdə 2 938,6 km uzunluğunda yeni qaz kəmərləri çəkilib, 903,18 km uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR